Millət vəkili: “Gənclik cəmiyyətin korrupsiyadan ən uzaq təbəqəsidir”

© Photo : APAFilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami Cəfərov: “Heç bir sağlam cəmiyyət gənclikdən imtina edə bilməz”

Millət vəkili: “Gənclik üçün əsas şərt özünü təsdiq etməkdir”
Yanvarın 31-də Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib.  Milli Məclisin deputatı Nizami Cəfərov deyir ki, bu gün Azərbacan gəncliyi dövlət idarəçiliyinə də cəlb olunub:

“Ölkəmizdə fəaliyyət göstərən əksər ictimai qurumların tərkibini gənclər təşkil edir. Gənclikdən kənarda qalmaq mümkün deyil və heç bir sağlam cəmiyyət gənclikdən imtina edə bilməz”.

“Gənclik cəmiyyətin korrupsiyadan ən uzaq təbəqəsidir. Gənclik üçün əsas şərt özünü təsdiq etməkdir. Öz istedadını, şəxsiyyətini, qabiliyyətini təsdiq etmək onun üçün çox vacibdir. Biz dünyanın ən gözəl qanunlarını qəbul edə bilərik, lakin onlar işləmiyəcəksə, bu heç kimə lazım deyil” — deyə o bildirib.

Xəbər lenti
0