BAKI, 31 yan – Sputnik. Bir dövr türk musiqi tarixinə adını qızıl hərflərlə yazdıran Mahsun Kırmızıgül, daha sonra bir-birinin ardınca dramatik filmlər çəkərək bu sahədə də kifayət qədər bacarıqlı olduğunu sübut etdi.
Lakin “Bəyaz mələk”, “Günəşi gördüm”, “Nyu-Yorkda beş minarə” və “Möcüzə” filmləri izlənmə rekordları qırmış Mahsun Kırmızıgül bu dəfə rejissor kimi şok yaşayıb. Sputnik Azərbaycan bu haqda Milliyet-ə istinadən xəbər verir.
İlk dəfə komediya janrına yönələn M.Kırmızıgülün son filmi olan “Vəzir barmağı” gözlənilən nəticəni verməyib. Ekranlara çıxan film ilk üç gündə cəmi 242 min nəfər tərəfindən izlənilib.