BAKI, 31 yan — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1,9165 manat səviyyəsindədir. Bahalaşma təxminən 0,2% səviyyəsindədir. Bundan əvvəlki hərraclarda bahalaşma 1-2% civarında olurdu.