"Şirin işğalçı"nın doğum günü

Abunə olmaq
"Coca-Cola" 1893-cü il yanvarın 31-də bir ticarət nişanı kimi qeydiyyatdan keçirilib

BAKI, 31 yan — Sputnik. Bu gün "Coca-Cola" dünyanın bəlkə də ən tanınmış brendidir. 

Bu içkinin meydana gəlməsi amerikalı Con Pembertonun yeni ağrıkəsici axtarışı ilə bağlıdır. Pemberton şəkər siropu, kofein və koka həlimini qarışdıraraq yeni qəhvəyi rəngli şirin içki əldə edir. Hadisə 1886-cı ilin martında baş verir. 

O Atlantadakı "Ceykobs" aptekinə bu içkini əsəb sistemi pozğunluğuna qarşı dərman kimi təqdim edir və buna görə patent alır. Artıq hər kəs 5 sentə bu dərmandan içə bilərdi.

Müəllif isə axtarışlarını davam etdirir və içkiyə qaz əlavə edir. Pembertonun dostu F.Robistonun sayəsində bu içki "Coca-Cola" adını və hazırkı loqotipi əldə edir. 

Lakin ticarət nişanı kimi "Coca-Cola" 1893-cü il yanvarın 31-də The Coca-Cola Company şirkətinin qurucusu Aza Kendler tərəfindən qeydiyyatdan keçirilir. 

Kendler əvvəlcə içkinin reseptini Pembertonun dul xanımından alır. O içkini özünün "Bitki qanından olan balzam"ı ilə qarışdırır. Həmin vaxtdan Coca-Cola planetdə yayılmağa başlayır. Hazırda onu ABŞ işğalının simvolu da adlandırırlar.

Xəbər lenti
0