BAKI, 31 yan — Sputnik. Avropalıların bir çoxu Avropa İttifaqının xarici təhdidlərdən qorunmaq üçün ABŞ və NATO-ya ehtiyacı olduğunu düşündüyü halda, amerikalıların 48 faizi bu fikirlə razı deyil. Sputnik.Rəy sorğusunun nəticələri bunu göstərir.
Aİ-nin ABŞ və NATO-ya ehtiyacı olduğuna daha çox polşalılar (65%), italiyalılar (65%) və almanlar (63%) əmindirlər. İspaniyada bu fikrə tərəfdar çıxanların sayı 56%, Böyük Britaniyada 54%, Fransada isə 53% təşkil edib. Bununla yanaşı, Avropa İttifaqının özünü müdafiə qabiliyətinə şübhəsi olmayanların ən yüksək sayı Fransa (30%), İspaniya (33%) və ABŞ-dadır (31%).
Aİ-nin təhlükəsizlik məsələsində ABŞ və NATO-ya ehtiyacı olmadığını düşünənlərin sayı, 50 yaşa qədər olan əhali və solçu partiya tərəfdarları arasında daha çoxdur. Polşadan savayı digər ölkələrdə bunlar, əsasən ali təhsilə, yüksək gəlirə və sosial statusa malik insanlardır.
NATO-nun effektivliyi barədə məsələ, ABŞ prezidenti Donald Trampın təşkilatı vacib, lakin "köhnəlmiş" adlandıraraq islahatlara çağırmasından sonra aktuallaşıb.
Sorğu Sputnik informasiya agentliyi və radiosu üçün, 22-26 oktyabr tarixlərində IFop şirkəti tərəfindən keçirilib. Sorğuda Fransa, Almaniya, İtaliya, Polşa, Böyük Britaniya və ABŞ-da 18 yaşdan yuxarı 7043 respondent iştirak edib. Etibarlılıq 95% olmaqla, ölkə üzrə maksimal səhv göstəricisi 3,1%-dir.
Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.