BAKI, 31 yan — Sputnik. Yeddi il aradan sonra ilk dəfə olaraq Türkiyədən İsrailə nazir səviyyəsində rəsmi səfər gerçəkləşəcək. Sputnik xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı fevralın 7-də Aralıq dənizi turizm sərgisində iştirak etmək üçün İsrailin paytaxtı Təl-Əvivə gedəcək.
Qeyd edək ki, İsrailin 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə basqın edərək 9 türk vətəndaşını öldürməsindən sonra iki ölkə arasında bütün əlaqələr kəsilmişdi. Daha sonra İsrail baş naziri Türkiyə prezidenti Ərdoğana zəng edərək üzr istəmiş və ardınca əlaqələr düzəlməyə doğru getmişdi. Və son olaraq rəsmi Tel-Əviv əlaqələrin normallaşması üçün Ankaranın irəli sürdüyü bütün şərtləri yerinə yetirəcəyinə söz verdikdən sonra münasibətlər normal səviyyəyə qayıdıb.