Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstəliyə qalib gəlmək üçün bu məsləhətə riayət edin

© Photo : GETTY IMAGESYemək süfrəsi. Arxiv şəkli
Yemək süfrəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təcrübə nəticəsində məlum olub ki, mütəmadi olaraq qida qəbul edən siçanlar daha çox yaşayırlar

BAKI, 30 yan — Sputnik. San-Dieqodakı Kaliforniya Universitetinin Solk Bioloji tədqiqatlar institutunun alimləri (Salk Institute for Biological Studies, University of California, San Diego) xəstəlik zamanı qidanın sağalmağa yardım etdiyini bildiriblər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, dosent Cannel Ayres təcrübə siçanlarının orqanizminə Salmonella bakteriyaları yeridildiyini bildirib. Tezliklə siçanların iştahı pozulub, xəstəlik isə bütün orqanizmə yayılıb. Təcrübə nəticəsində məlum olub ki, mütəmadi olaraq qida qəbul edən siçanlar daha çox yaşayırlar. Qidalanması zəifləyən gəmiricilər isə daha tez ölüblər. 

Əvvəlcə alimlər hesab ediblər ki, qida qəbulu immun sistemini gücləndirir. Lakin aparılan araşdırmalar bunu təkzib edib. Məlum olub ki, qida qəbulundan sonra viruslar orqanizmdə daha az yayılırlar.

Səbəb isə sadə imiş: Salmonella bakteriyaları bağırsaqda qidalı maddələr tapmadıqda orqanizmdə yayılmağa başlayırlar. Mütəmadi qidalanmaqla insan mikroorqanizmlərə bağırsaqdan çıxaraq digər orqanlara keçməyə imkan vermir. 

Alimlər gələcəkdə antibiotik əvəzinə qidadan istifadə etməyə imkan verən metodika hazırlamaq niyyətindədirlər.

Xəbər lenti
0