Mehmet Perincək: “Bütün Avropada buna bənzər qərarlar qəbul olunacaq”
Fransada artıq qondarma erməni soyqrımının inkar edilməsi cinayət sayılmayacaq. Bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul eidb.
“Bu qərar həm Türkiyə, həm də tarixçilər üçün, tarixə sədaqət duyan hər kəs üçün çox böyük bir uğurdur”- bu fikirləri Sputnik Azərbaycan-a türkiyəli politoloq Mehmet Perincək deyib.
Ekspert hesab edir ki, yaxın gələcəkdə uydurma “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul edən Avropa ölkələri də qərarlarını yenidən gözdən keçirəcək: “Bu qərar bütün Avropa İttifaqı ölkələrini əhatə edir. Məsələn, İsveçrədə atam haqqında məhkəmənin verdiyi ədalətsiz hökm ləğv edildi. Daha sonra Danimarka parlamenti də qondarma “erməni soyqırımı” haqda verdiyi qərarı ləğv etdi”.