Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Beynəlxalq reytinq agentliyindən Mərkəzi Banka ittiham

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Standard & Poor's: Manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyəti daha da çətinləşdirəcək

BAKI, 30 yan — Sputnik. Azərbaycanın bank sektoru zəif olaraq qalır və mürəkkəb iqtisadi şəraitin təsiri altındadır. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

"Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9%-dir. Lakin biz hesab edir ki, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəksdir" — deyə o bildirib.

Agentliyin ekspertləri qeyd edir ki, manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyətini daha da çətinləşdirəcək. Məlumatda deyilir ki, valyuta rejiminin müəyyənləşdirilməsi və bazarda intervensiyalardan savayı, Mərkəzi Bankın makroiqtisadi dinamikaya təsir imkanları hələ də məhdud olaraq qalır.

Ekspertlər qeyd edir ki, banklarda depozitlərin dollarlaşma səviyyəsi 75%-dir: "Bu da Mərkəzi Bankın monetar siyasətə təsir göstərmək imkanlarını məhdudlaşdırır".

Xəbər lenti
0