BAKI, 30 yan — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 12:30-da başa çatıb.
Termometr sındı, civə mənzilə dağıldı
15:32 30.01.2017 (Yenilənib: 20:50 16.11.2021)
© Photo : STRCivə
© Photo : STR
Abunə olmaq
Kimyəvi element FHN Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib