BAKI, 30 yan — Sputnik. Goranboyda fərdi yaşayış evində partlayış olub.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Quşçular kəndində baş verib.
Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları — Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.
V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.