Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda güclü yanğın olub

Abunə olmaq
Ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyyat hissələri 60 m2 sahədə yanıb

BAKI, 30 yan — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyyat hissələri 60 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0