BAKI, 30 yan-Sputnik. Səid Kərimovun "Polyus" şirkəti ilə "Rostex"in birgə müəssisəsi Suxoy Lor yatağının hasilatı üzrə tenderdə İbrahim Palankoyevin "Zoloto Bodaybo" şirkətinə qalib gəlib.
Suxoy Loq qızıl yatağı "SL Zoloto"ya 9,406 mlrd. rubla satılmışdı.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın təbii sərvətlər və ekologiya naziri Sergey Donskoy məlumat verib.
"SL Zoloto" MMC yatağı ən yüksək qiymətə — ilkin qiymətin 10%-i olmaqla 855 mln. rubla hərraca çıxarıb. Şirkətin səhmlərinin 51%-i Səid Kərimovun "Polyus" ("Polyus Gold" qrupuna daxildir) şirkətinə məxsusdur, 49%-i isə "Rostex"ə. Bununla belə, hərraca qədər "Rostex"in rəhbəri Sergey Çeremezov bəyan edib ki, "SL Zoloto" birgə müəssisəndəki səhmlərin 25%-ni "Polyus"a sata bilər.
Onun yeganə rəqibi Polyus Gold-un sabiq səhmdarı və VTB bankın strukturları ilə əlaqəli olan biznesmen İbrahim Palankoyevin "Zoloto Bodaybo"su olub.
Analitiklər bildiriblər ki, iddiaları heç nə bağlamır. "Zoloto Bodaybo" sadəcə hərracda "təhlükəsizliyin sığortalanması" üçün iştirak edib. Əgər "SL Zoloto" müraciət etməsəydi, hərrac olmayacaqdı. Çünki "Polymetal", "Nordgold", "Kinross Gold" kimi şirkətlər bu auksionda iştirakdan imtina etmişdilər.
Bazar iştirakçıları Suxoy Loq-a qoyulan investisiyaları minimum 5-6 mlrd. dollar məbləğində qiymətləndirirlər. Belə bir proqnozla Qızıl Sərmayəçiləri İttifaqının sədri Sergey Kaşuba çıxış edib.
Bu gün Suxoy Loq dünyanın ən nəhəng qızıl yataqlarından biri hesab olunur. Onun balansındakı ehtiyatlar (iqtisadi cəhətdən səmərəli olan hissəsi) 1,943 min ton qızıl və 1,533 min ton gümüş təşkil edir. Bu, Rusiyanın qızıl ehtiyatlarının 28%-ni təşkil edir.
Suxoy Loq yataqlarının işlənməsi məsələsi hələ sovet dövründə mövcud idi. Rusiya tarixində Suxoy Loq ilk dəfə 1998-ci ildə lisenziyalaşdırılıb.
Nazirin sözlərinə görə, bu yatağın işlənməsi İrkutsk vilayətinin və bütün makroregionun sosial-iqtisadi inkişafına güclü təsir edəcək.
Səid Kərimov (Əbusəid Kərimov) Azərbaycan əsilli Rusiya milyarderi, "Nafta Moskva" şirkətinin sahibi Süleyman Kərimovun oğludur. Süleyman Kərimov Dərbənddə doğulub, bioqrafiyasında ləzgi yazılsa da, o, özünün Dağıstan azərbaycanlısı olduğunu bildirir.