BAKI, 29 yan — Sputnik. "Müharibədən, terrordan, təzyiqlərdən qaçan hər kəsi, dinindən asılı olmayaraq qəbul edəcəyik". Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Castin Trudo deyib.
— Justin Trudeau (@JustinTrudeau) 28 января 2017 г.
Bu haqda "Twitter" hesabında qeyd paylaşan Trudo, ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlman miqrantlarla bağlı imzaladığı fərmanı tənqid edib: "Kanada bütün qaçqınları salamlayacaq. Bizim gücümüz müxtəlifliyimizdədir".
— Justin Trudeau (@JustinTrudeau) 28 января 2017 г.
Qeyd edək ki, Birləşmiş Ştatların vəzifəyə yeni başlayan prezidenti Donald Tramp yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edən fərman imzalayıb.