İlham Mustafa, Sputnik Azərbaycan
Azərbaycanda dinindən, dilindən, iqrindən, milliyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni gözlə baxıldığı, hər kəsin rahat şəkildə öz həyatını yaşadığı məlumdur. Ölkə əhalisinin mütləq əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, burada başqa dinlərə mənsub olan insanlar sərbəstcə öz inanclarını yaşaya, ibadətlərini həyata keçirə bilirlər.
Gəncə şəhərində yaşayan pravoslav xristianlar kimi. Sputnik Azərbaycan əməkdaşı, Gəncədə yaşayan pravoslavların İsa peyğəmbərin xaç suyuna salınması mərasimindən maraqlı fotosessiya hazırlayıb.
Qeyd edək ki, Gəncədə, təxminən 2 min nəfərə yaxın pravoslav yaşayır. Onlar şəhərdəki kilsədə öz ibadət və dini ayinlərini həyata kecirirlər. Aleksand Nevski Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub və bu günə kimi fəaliyyətini davam etdirir.