Türk ordusu 2170 terrorçunu məhv edib

© Sputnik / Hikmet DurgunTürk ordusu Suriyada
Türk ordusu Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat müddətində 2156 İŞİD, 321 PKK terrorçusu zərərsiz hala gətirilib

BAKI, 28 yan — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) mühüm məlumat yayıb. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, TSQ "Fərat Qalxanı" əməliyyatı çərçivəsində indiyədək zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

Bildirilir ki, əməliyyat müddətində 2156 İŞİD yaraqlısı zərərsizləşdirilib ki, onlardan da 1864-ü öldürülüb. Bundan başqa, 306-sı ölü olmaqla, 321 PKK terrorçusu zərərsiz hala gətirilib.

Qeyd edək ki, ötən ilin dekabrında Türk ordusu Suriyanın şimalındakı Cerablus bölgəsində "Fərat Qalxanı" (Fırat Kalkanı) adlı hərbi əməliyyata başlayıb. Əməliyyatın məqsədi ölkə ilə sərhədin Suriya tərəfindəki İŞİD və YPG terrorçularını o bölgədən təmizləməkdir. Həmçinin YPG silahlılarını Fərat çayının şərqinə çəkərək, Suriyanın ərazi bütövlüyünü mühafizə etməkdir.

Xəbər lenti
0