BAKI, 28 yan — Sputnik. Bakıda qadın avtomobillə piyadanı vuraraq öldürüb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində baş verib.
Belə ki, Səidə Mayis qızı Əlixanova idarə etdiyi "Hyundai Tucson" markalı 38-BE-109 dövlət qeydiyyat nişanlı avtomobillə, yolu keçmək istəyən, 1958-ci il təvəllüdlü Mirfəda Seyidəli oğlu Həşimovu vurub. M.Həşimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bagli Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, piyadanı avtomobillə vuran qadın "Səhhət" Klinikasında həkim işləyir.