BAKI, 28 yan — Sputnik. 2012-ci ildə Amerikada maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Milli.Az-a istinadən məlumat verir ki, Kaliforniyadakı məktəblərin birində şagird müəllimdən ayaqyoluna getmək üçün icazə istəyib. Lakin müəllim icazə verməyib. Çarəsiz qalan uşaq ehtiyacını vedrəyə ödəyib.
Şagird müəllimini məhkəməyə verib. O, məhkəməni udub. Məhkəmə şagirdə müəllim tərəfindən 1.2 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarıb. Müəllim pulu ödəyib, məktəbdən məzuniyyətə çıxıb və bir daha məktəbə qayıtmayıb.