Heydər Əliyev adına sarayda Gürcüstanın populyar estrada ifaçıları Qiya Nikoladze, Mаriam Eliaşvili, Aysel Məmmədova, həmçinin beynəlxalq müsabiqələrin laureatları — "Martve", "Samefo", "Didgori" rəqs və vokal ansambllarının çıxışı olub.
Rəqqaslar svanuri, raçuli, xevsuruli kimi müxtəlif Gürcüstan rəqslərindən ibarət ən parlaq nömrələri ifa ediblər. Heç olmasa bircə dəfə baxmaq lazımdır ki, rəqqaslar musiqi ritmləri arasında necə yüngülcə əriyib gedirlər.
Gürcü rəqslərinin ritmində Bakı gecəsi
12:20 28.01.2017 (Yenilənib: 20:49 16.11.2021)
Abunə olmaq
Gürcü rəqqasları sanki nəfəslərini birləşdirərək yaradıcı quruluş və mükəmməl ifa texnikaları ilə bakılıları heyran ediblər. Bu heyranedici rəqslərə Sputnik-in videosundan baxın.