Ramil Osmanlı: “Mənzil bazarındakı vəziyyət normal deyil”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyir ki, hazırda ölkənin mənzil bazarındakı vəziyyət normal deyil:
“Bütün göstəricilər üzrə — istər qiymət dinamikasında, istər alqı-satqı dinamikasında, istər digər göstəricilərdə azalmalar müşahidə olunmaqdadır. Bu azalmaların əsas səbəbləri makroiqtisadi amillər və manat-dollar münasibətində qeyri-müəyyənliyin davam etməsidir”.
“Son 2-3 ay ərzində ipoteka kreditlərinin verilməsi təkrar mənzil bazarında dinamikanı nisbi də olsa artıra bilib. Amma hesab edirik ki, bu, qısa müddətli dövr üçündür. Qarşıdakı aylarda biz daşınmaz əmlak bazarında yenidən qiymət azalmasını müşahidə edəcəyik. Hal-hazırda əmlak bazarında dinamika olduqca aşağıdır və alqı-satqı əməliyyatlarının sayı çox sürətlə azalır” — deyə o bildirib.