Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Münaqişənin həllinə dair Moskvada hansı mexanizm hazırlanır?

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Vasitəçilərin missiyası münaqişənin hərbi yolla həllini istisna edən mexanizmə çevrilməməlidir

BAKI, 28 yan — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN), nazir Sergey Lavrovun bu həftə azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Sergey Lavrovun Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlərində müzakirə olunan məsələlərin ictimaiyyətə açıq olan hissəsinin mətbuat xidməti tərəfindən yayıldığını söyləyib.

Elmar Məmmədyarov və Sergey Lavrov - Sputnik Azərbaycan
Elmar Məmmədyarov Sergey Lavrovla görüşə gedir

"Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr haqqında məndə əlavə məlumat yoxdur. Bildiyiniz kimi, bu, çox həssas mövzudur. Sözsüz ki, danışıqlar çox konstruktiv keçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb. Bu görüşlərin yekunlarına dair nə deyilməliydisə, deyilib" — Zaxarova bildirib.

Rusiya XİN sözçüsü, Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşlərinin planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib: "Yeni görüşlər əlbəttə ki, olacaq. Hələlik qrafik formalaşmayıb. Sözsüz ki, bu mövzu Rusiya xarici siyasəti üçün prioritet olaraq qalır. Ona görə də, müxtəlif formalarda təmaslar davam edəcək".

Öz növbəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da rəsmi Bakının danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

Diplomatların mətbuata açıqlamalarında bir neçə məqama diqqət çəkmək mümkündür. Birincisi, tərəflər danışıqları davam etdirməlidir və zor tətbiqi ilə təsir etməkdən imtina etmək lazım gəlir. Düzdür, Bakı mövqeyini bir daha açıqlayıb: Əgər danışıqları sonsuzluğa qədər davam etdirmək cəhdləri olsa, Azərbaycan digər vasitələrə əl ata bilər və Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasına nail ola bilər. Ermənistan isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə çalışır və qoşunların çıxarılmasını növbəti mərhələyə saxlamağa səy göstərir.

Qeyd edək ki, müharibə variantının mümkünlüyünü şərtləndirən bir neçə səbəb mövcuddur. Lakin əsas metodologiya ondan ibarətdir ki, əgər hər bir detal razılaşdırılmayıbsa, onda heç nə razılaşdırılmayıb. Bu isə problemlərin addım-addım həllinə imkan vermir.

Bu metodologiya "mərhələli həll" anlayışını da gerçəkləşdirməyə imkan vermir. Üstəlik, belə olan təqdirdə Ermənistana şans yaranır ki, problemi Dağlıq Qarabağın statusu ilə şərtləndirsin və faktiki olaraq danışıqların sonsuzluğa qədər uzanmasına nail olsun. Danışıqlara belə yanaşma hərbi münaqişəni şərtləndirən səbəblərdən biridir.

Minsk qrupunun həmsədrləri - Sputnik Azərbaycan
QARABAĞ
"Minsk Qrupu öz mandatını pozur"

Digər səbəb isə beynəlxalq güc mərkəzlərinin maraqlarıdır. Bu maraqlar da regionda önəmli rol oynayır. Onların region dövlətlərinə kifayət qədər təsir imkanları var. Bir sıra hallarda bu maraqlar münaqişənin qızışdırılmasına da gətirib çıxara bilər.

Burada bir məsələni də nəzərə almaq lazımdır. Yeni lokal toqquşmanın başlanmasının özü regionda sülhün bərqərar olmasını tezləşdirə bilər. Bu, heç də Azərbaycanın, yaxud da Ermənistanın üstünlük əldə etməsi ilə bağlı olmaya bilər. Bu, onunla əlaqədar ola bilər ki, hazırkı danışıqlar nəticə vermədiyi üçün, həmin beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edir, sonra isə sülhə məcburetmə prosesi başlayır.

Hazırda vasitəçilərin əsas mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə işğal olunan ərazilərin azad olunması arasında birbaşa əlaqə var. Əslində, bu birbaşa əlaqə münaqişənin həlli istiqamətində ən böyük maneədir. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması ilə yekun statusun müəyyənləşməsi arasında birbaşa əlaqə yoxdur.

Ərazilərin azad olunması və ondan sonra Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi fərqli məsələlərdir. Hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrində bir maddəyə görə ərazilərin işğalı, yaxud işğalı təhdidi hər hansı bir məqsədlərin əldə edilməsi üçün vasitə kimi istifadə oluna bilməz.

Bakı hesab edir ki, vasitəçilərin missiyası münaqişənin hərb yolu ilə həllini istisna edən bir mexanizmə çevrilməməlidir. Çünki gələcəkdə tərəflərə hansısa sanksiyaların tətbiqinin mümkünlüyü Azərbaycanın problemin həlli istiqamətindəki manevr imkanlarını məhdudlaşdıra bilər. Lavrovun bəyanatından çıxan daha bir nəticədə ondan ibarətdir ki, Qarabağ danışıqları ilə bağlı yaxın aylarda Rusiyanın fəallığı artacaq…

Xəbər lenti
0