QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Cocuq Mərcanlıya qayıdış böyük hadisələrin başlanğıcıdır"

© Photo : REPORTƏli Əhmədov
Əli Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov: "Torpaqlarımız işğaldan azad edildikcə beynəlxalq təşkilatlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaq"

BAKI, 28 yan — Sputnik. "Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə cəmiyyətin yüksək əhvali-ruhiyyəsini, ovqatını bütün dünyaya çatdırırıq, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə mesajlarımızı vermiş oluruq".

Tağı Hümbətov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qarabağın işğalından bu yana saçını kəsdirmir

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır.

Ə. Əhmədov bildirib ki, Prezidentin sərəncamı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirilən çox əhəmiyyətli addımlardan biridir: "Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan Prezidenti bununla işğal atında olan torpaqlarımızın geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Bütün cəmiyyətimizin əhvali-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan işğal olunmuş torpaqları geri qaytaracaq, bu torpaqlar bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da, həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq".

Hökumət rəsmisi onu da qeyd edib ki, Cocuq Mərcanlıda görüləcək işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: "Amma mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə beynəlxalq qurumlar, iqtisadi qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaq. Lakin bu, gələcəyin işidir".

Xəbər lenti
0