QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın işğalından bu yana saçını kəsdirmir

© Sputnik / Ilham MustafayevTağı Hümbətov
Tağı Hümbətov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu həmyerlimiz torpaqlarımızın işğalına qarşı qeyri-adi etiraz forması seçib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 14 noy — Sputnik. Azərbaycan 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayır. 20 ildən çoxdur ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Neçə illərdir, bu Vətənin övladları düşmən gülləsinə tuş gəlir, şəhid olurlar.

Gəncə sakini Tağı Tağıyev 17 ildir ki, mərhum həyat yoldaşının məzarını günaşırı ziyarətə gəlir - Sputnik Azərbaycan
CƏMİYYƏT
21-ci əsrin Məcnunu Gəncədə yaşayır

Elə bir Azərbaycan vətəndaşı yoxdur ki, bu müharibədən öz acı payını almamış olsun, işğala, müharibəyə etirazını bildirməmiş olsun. Tovuz rayonunda yaşayan Tağı Hümbətov isə, torpaqlarımızın işğal olunmasına qarşı qeyri-adi etiraz forması seçib. Belə ki, 55 yaşlı Tağı kişi neçə illərdir, saçlarına qayçı vurmur və saçını, işğaldan azad edildikdən sonra Qarabağda qırxdıracağına söz verib.

T. Hümbətov 1961-ci ildə Tovuz şəhərində anadan olub. Şəhərdə hər kəs onu sözünə düz, haqsızlığa qarşı olan adam kimi tanıyır. Onun sözündən dönməzliyi, mərdliyi demək olar ki, hər bir tovuzluya bəllidir.

© Sputnik / Ilham MustafayevTağı Hümbətov ikinci qrup əlildir və bunun müqabilində 120 manat müavinət alır
Tağı Hümbətov ikinci qrup əlildir və bunun müqabilində 120 manat müavinət alır - Sputnik Azərbaycan
Tağı Hümbətov ikinci qrup əlildir və bunun müqabilində 120 manat müavinət alır

Hümbətovu məhşur edən digər bir səbəb isə, onun neçə illərdir, topaqlarımızın işğalına etiraz olaraq saçlarını uzatmasıdır. O, yalnız saçlarını uzatmaqla qalmayıb. Müharibə dövründə birbaşa döyüş bölgəsində iştirak etməsə də, orduya, əsgərlərə hər addımında yardım etməyə çalışıb.

Öz şəxsi avtomobili ilə əsgərləri cəbhəyə daşıyıb. Yaralılara kömək olub. Tağı kişi bu gün də müharibə başlayarsa, canını, malını vətənimizin işğaldan azad edilməsi üçün əsirgəməyəcəyiini deyir.

Ona saçını uzatmaq asan başa gəlməyib. Bir çox qohumlar bu hərəkətinə görə onunla qohumluq əlaqələrini kəsib, heç yerdə işə girə bilməyib. Lakin hər kəsə bildirib ki, arzusu yerinə yetməyincə, sözündən dönməyəcək.

© Sputnik / Ilham MustafayevDörd övladı, beş nəvəsi olan Tağı kişi, həm də şairdir
Dörd övladı, beş nəvəsi olan Tağı kişi, həm də şairdir - Sputnik Azərbaycan
Dörd övladı, beş nəvəsi olan Tağı kişi, həm də şairdir

Tağı Hümbətov kasıb bir həyat yaşayır. İkinci qrup əlildir və bunun müqabilində 120 manat müavinət alır. Bu pulla bir ay dolanmağa çalışır. Və heç vaxt güzəranından narazılıq etməyib. Dövlətin hər addımını dəstəkləyir və Qarabağın da sülh yolu ilə azad olacağına inanır.

"120 manat təqaüd alıram, amma narazı deyiləm. Cibimdə 10 qəpiyim olsa da, ehtiyacı olana verirəm. Mənim həyatımda bir pinsip var, o da halallıq və düzgünlükdür. Çox kövrək adamam. Bir haqsızlıq görən kimi gəlib evdə uşaq kimi ağlayıram", — deyir həmsöhbətimiz.

Dörd övladı, beş nəvəsi olan Tağı kişi, eyni zamanda kövrək bir şairdir. Lakin buna baxmayaraq, heç vaxt sözlərini yazıya almaq həvəsində olmayıb. Şeirlərinin əksəriyyətini əzbər bilir. Habelə, deyir ki, bir neçə dəfə ondan şeirlərini qəzetdə çap etmək üçün götürüblər, amma sonradan heç birində öz imzasını görməyib…

Xəbər lenti
0