CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Gəncə aviareysi bərpa olunur

© Sputnik / Alexander Kryajev / Mediabanka keçidAZAL-a məxsus təyyarə
AZAL-a məxsus təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq

BAKI, 28 yan — Sputnik. Bakı-Gəncə aviareysi bərpa olunur. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək. AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "APA-Economics"ə açıqlamasında bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.

Xəbər lenti
0