Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfirinin qətli ilə bağlı mühüm faktlar ortaya çıxdı

© REUTERS / Hasim KilicAndrey Karlovun qətli
Andrey Karlovun qətli - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq orqanı, cinayəti törədən şəxsə məxsus mail adresdəki bütün yazışmaların hadisədən 2.5 saat sonra silindiyini müəyyən edib

BAKI, 28 yan — Sputnik. Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Belə ki, Ankara Prokurorluğu müəyyən edib ki, cinayəti törədən keçmiş polis əməkdaşı Mövlud Mərd Altıntaşa məxsus mail adresdəki bütün yazışmalar hadisədən 2.5 saat sonra silinib.

Выступление Андрея Карлова в художественной галерее в Анкаре - Sputnik Azərbaycan
Andrey Karlov dünyasını dəyişdi

Sputnik Azərbaycan Türkiyənin "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, prokurorluq "Google" şirkətinə rəsmi müraciət edərək, silinən məktubların istintaqa təqdim edilməsini istəyib. İstintaqın qənaətinə görə, məktubların hadisədən sonra silinməsi, Altıntaşın sui-qəsdi təkbaşına planlaşdırmadığını sübut edir.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində, Altıntaşın orta məktəb illərindən ölümünədək olan bütün həyatı araşdırılacaq, əlaqələri ortaya çıxarılacaq. Ayrıca, onunla eyni məktəbdə təhsil almış və FETÖ ilə əlaqələrdə şübhəli bilinən, Baş Nazirliyin təhlükəsizlik xidmətində çalışan, adları hələlik açıqlanmayan 2 polis əməkdaşı saxlanılıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin 19 dekabr tarixində silahlı basqına məruz qalıb. Hadisə Ankarada rəsm sərgisinin açılışında baş verib. Səfir aldığı yaralardan keçinib.

Xəbər lenti
0