Türkiyə Yunanıstanı qiyamçılara dəstək verməkdə günahlandırdı

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin qərarı ilə bağlı sərt bəyanatla çıxış edib

BAKI, 27 yan — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin bu ölkəyə qaçmış 8 hərbçinin geri verilməməsi ilə bağlı çıxardığı qərarla bağlı bəyanat verib. 

Yunanıstan Ali Məhkəməsi 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən bu ölkəyə qaçan hərbçilərlə bağlı yekun qərarını açıqlayıb. Məhkəmə hərbçilərin Türkiyəyə verilməməsi barədə qərar çıxarıb. 

Судейский молоток, фото из архива - Sputnik Azərbaycan
Türkiyənin Yunanıstana cavabı gecikmədi

İstanbul məhkəməsi isə öz növbəsində Yunanıstana qaçan hərbçilərin həbs edilməsi barədə hökm verib. Hökmə əsasən, hərbçilərin yaxalanması üçün Türkiyə tərəfi İnterpola da müraciət etməlidir.

Sputnik Azərbaycan Anadolu-ya istinadən xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda Yunanıstanın qiyamçıları qoruyan və dəstək verən ölkə olduğu vurğulanıb: “Yunanıstan məhkəməsinin qərarı beynəlxalq hüquq normalarına ziddir. Bu qərara qarşı bütün hüquqlarımızdan istifadə edib, günahkarların ekstradisiya edilməsi və cəzalandırılması ilə bağlı səylərimizi davam etdirəcəyik”.

Xəbər lenti
0