Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiyaya qarşı sanksiyaların tam aradan qalxması mümkün deyil"

© REUTERS / Jonathan ErnstTramp
Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni ABŞ administrasiyasının Moskvaya qarşı tətbiq olunan saknsiyaları aradan qaldırmağa hazırlaşdığı xəbəri yayılsa da, rəsmi Kreml bu məlumatları etibarlı saymır

BAKI, 27 yan — Sputnik. ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı sənədlər hazırlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Atlantic Council Analitik Mərkəzinin elmi əməkdaşı Fabris Potye özünün Twitter hesabında yazıb.

Avropa İttifaqı - Sputnik Azərbaycan
RUSİYA
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

"Mənbələr xəbər verir ki, Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı prezidentin sərəncamını hazırlayır" — yazan Potye bildirib ki, Vaşinqton bu barədə artıq Berlinlə (Angela Merkel) danışıb və şənbə günü də Moskva (Vladimir Putin) ilə danışıqlar aparacaq.

Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı tədbirlərin görüldüyü barədə xəbəri Amerikanın Politico nəşrinin əməkdaşı Syuzen Qlasser də təsdiqləyib. "Bir neçə mənbə xəbər verir ki, bu sərəncamla sanksiyalar birtərəfli qaydada qaldırılacaq" — o yazıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiayaya qarşı sanksiyaları qaldırmaq planlarından xəbərsizdir: "Bu barədə heç nə məlum deyil. Belə başa düşürəm ki, bu məlumatlar əsassızdır. Bunun həqiqətə nə qədər yaxın olduğunu bilmirəm".

Kreml nümayəndəsinin sözlərinə görə, şənbə günü Putin şəxsən Trampı inauqurasiya münasibətilə təbrik edəcək. Telefon danışığı zamanı prezidentlər, həmçinin Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərinə də aydınlıq gətirəcəklər.

Peskov qeyd edib ki, bu, Trampla ABŞ prezidenti qismində ilk söhbət olacaq. Bu səbəbdən də prezidentlərin həmin söhbət zamanı bütün məsələlər barədə incəliklərinə qədər danışacaqlarını gözləmək olmaz.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Donald Tramp özü isə daha əvvəl Fox News-a müsahibəsində demişdi ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün var gücü ilə çalışacaq. ABŞ prezidentinin sözlərinə görə, bu, hər iki tərəf üçün faydalı olacaq.

Qeyd edək ki, Rusiya ilə Qərb arasında münasibətlər 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar pisləşmişdi. Əvvəlcə Avropa İttifaqı ölkələri, ABŞ və Kanada fiziki şəxslərə qarşı fərdi sanksiyalarin tətbiqinə başlamışdı. Sonra isə sektorlar üzrə məhdudlaşdırıcı tədbirlər iqtisadiyyatın bütün sahələrini tədricən əhatə etməyə başladı. Cavab tədbiri olaraq Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrdən ərzaq idxalını qadağan edən qərar qəbul etdi.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən politoloq Fikrət Sadıxovun fikrincə, sanksiyalar yaxın müddətdə tam aradan qalxmayacaq: "Çox güman ki, bu proses tədricən olacaq. Sanksiyaların aradan qaldırılması məsələsi hələ müzakirə olunur. Sərəncam hələ ki, imzalanmayıb".

"Lakin yada salmaq lazımdır ki, seçkiqabağı kampaniyası dövründə Donald Tramp dəfələrlə bəyan etmişdi ki, bu sanksiyaları ləğv edəcək. ABŞ-ın yeni rəhbəri Rusiya ilə əməkdaşlığın son dərəcə əhəmiyyətli olduğunu bildirmişdi. Xüsusilə terrorizmə qarşı Moskva ilə birgə işləməyin vacibliyinə toxunmuşdu. Ona görə də, CNN telekanalının yaydığı xəbərə təəccüblənməmək lazımdır. Bununla belə, hesab edirəm ki, sanksiyalar tam aradan qalxmayacaq. Çox güman ki, bu proses tədricən olacaq" — F. Sadıxov bildirib.

Politoloq hesab edir ki, hətta sanksiyalar tam ləğv edilsə belə, bu, Suriya məsələsini həll etməyəcək: "Suriyada bir çox mürəkkəb məqamlar var. Amerikanın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi ilə, Suriyada problem öz həllini tapmayacaq. Çünki İranın da bu məsələdə qəti mövqeyi var. Rəsmi Tehran ABŞ-a qarşı çox sərt mövqedə durur. Türkiyənin də mövqeyi bizə bəllidir. Daha sonra kürd amili var. Yəni "Suriya düyünü"ndə bir sıra oyunçuların öz maraqları var".

Xəbər lenti
0