Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

© AP Photo / Virginia MayoAvropa İttifaqı
Avropa İttifaqı - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml: "Bu addımın Ukraynadakı vəziyyətlə bağlı heç bir aidiyyəti yoxdur. Tamamilə siyasi bir qərardır"

BAKI, 19 dek — Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini, 2017-ci ilin iyulunadək uzatmaqla bağlı qərar verib. Sputnik RİA-ya istinadən xəbər verir ki, sözügedən qərar Avropa Parlamentinin bu gün keçirilən iclası zamanı qəbul edilib.

Qərarın qəbul edilməsinə səbəb kimi, Rusiyanın Ukrayna məsələsi ilə bağlı Minsk razılaşmasının şərtlərini yerinə gətirmədiyi göstərilib. Aİ-nin qərarına Rusiyanın cavabı da gecikməyib. Rəsmi Kreml Aİ-nin son qərarını absurd adlandırıb.

"Əslində Avropa İttifaqının atdığı bu addımın Ukraynadakı vəziyyətlə bağlı heç bir aidiyyəti yoxdur. Tamamilə siyasi bir qərardır" — deyə Kremldən bildirilib.

Xəbər lenti
0