BAKI, 27 yan — Sputnik. Dünən axşam Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Masazır qəsəbəsində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:22-də başa çatıb.
Masazırda xilasetmə əməliyyatı
11:02 27.01.2017 (Yenilənib: 20:49 16.11.2021)
© Photo : APAFövqəladə Hallar Nazirliyi
© Photo : APA
Abunə olmaq
Bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub