Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həmyerlimiz bu respublikanın hökumətində məsul vəzifə tutacaq

© Sputnik / Maksim Bogodvid / Fotobanka keçməkBaşqırdıstan Respublikasının hökumət evi
Başqırdıstan Respublikasının hökumət evi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Fərhad Səmədov Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək

BAKI, 27 yan – Sputnik. Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Sputnik Azərbaycan bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.

Ramzan Kadırov və Elxan Süleymanov - Sputnik Azərbaycan
Həmyerlimiz Rusiyada nazir postuna gətirildi

Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib. Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

Xəbər lenti
0