BAKI, 27 yan – Sputnik. Amerikada prezident seçkilərinə hələ aylar öncə qala, Donald Trampın dövlət başçısı seçiləcəyini xəbər verən məşhur Honqkonqlu falçı Priskilla Lam, Türkiyə, Rusiya və Çin rəhbərləri barədə də proqnozunu açıqlayıb. Sputnik Azərbaycan bu haqda Sözcü qəzetinə istinadən məlumat yayıb.
Məşhur falçı Ərdoğan haqda deyib: "At ilində doğulan Ərdoğan üçün bu bahar elə də xoş olmayacaq. Apreldə keçirilməsi planlaşdırılan referendum Ərdoğanın gözləntilərini boşa çıxaracaq. O, referendumda istədiyini əldə edə bilməyəcək".
Priskilla Lam Rusiya prezidenti haqda isə daha optimistdir: "O, əjdaha kimi güclüdür və çox şey edə bilər. Putin üçün yaxşı il ola bilər. Onun rəhbərliyində Rusiya iqtisadiyyatı daha da güclənəcək".
Çinin hökumət başçısı Şi Çin Pinq falçının proqnozundan razı qala bilər: “Çin Xalq Respublikası bu adamın rəhbərliyində daha çox pul qazanacaq. Bu şəxs uğurları çox olacaq”.