BAKI, 27 yan – Sputnik. “Əl-Bab əməliyyatında daha da dərinə getmək lazım deyil”. Sputnik xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Cenevrə prosesi, Rusiya və İranla birlikdə Astanada başlayan proses inşallah Suriya rejimini müsbət nöqtəyə çəkər və Əl-Bab mövzusu da həll edilər. Əl-Babda bundan sonrakı müddətdə sürətlə məsafə alaraq oradakı işi bitirmək, daha da dərinliyə getməmək lazımdır” — Ərdoğan əlavə edib.