Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üzü məhz belə su ilə yumaq lazımdır

© Photo : PUBLIC DOMAINÜzünü yuyan qız
Üzünü yuyan qız - Sputnik Azərbaycan
Abunə olmaq
Duzlu su dərini çox yaxşı təmizləyir, təravətləndirir, cavanlaşdırır, nəmliyini saxlayırdərinin rəngini yaxşlaşdırır

BAKI, 27 yan — Sputnik. Duzlu su dəriyə çox müsbət təsir edir. Sputnik Azərbaycan bu barədə saglamolun.az-a istinadən məlumat verir.

Məlumata görə, üzü hər səhər adi "kran" suyu ilə deyil, xüsusi hazırlanmış duzlu su ilə yumaq məsləhətdir. 1 həftədən sonra çox yaxşı nəticə alınacaq.

Bunun üçün 1/2 litr qaynanmış suda 1 çay qaşığı dəniz duzu həll edərək soyutmaq lazımdır. Dəniz duzunun tərkibində dərinin sağlamlığı və cavanlığı üçün bir çox faydalı maddələr var.

Duzlu su dərini çox yaxşı təmizləyir, təravətləndirir, cavanlaşdırır, nəmliyini saxlayırdərinin rəngini yaxşlaşdırır.

Dəniz duzu olmadıqda adi xörək duzundan da istifadə etmək olar.

Xəbər lenti
0