CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 1032 cinayətkar qrup zərərsizləşdirilib

© AZƏRTACRamil Usubov
Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər naziri hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyətinin olduğunu qeyd edib

BAKI, 27 yan — Sputnik. Ötən il Azərbaycanda 2755 cinayət törədən 1032 qrup zərərsizləşdirilib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib. O, qeyd edib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və  ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır. 

Dünyaca məşhur rejissor Roman Polanski - Sputnik Azərbaycan
40 il əvvəl törətdiyi cinayəti ona bağışlamadılar

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin  açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib.

Məruzəçi hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyətinin olduğunu qeyd edib. Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.268 cinayətin “isti izlərlə” açıldığı, 9.289 hüquqazidd əməlin qarşısının alındığı bildirilib.

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 481 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 14.668 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 122 avtomobil saxlanılıb. Ümumən, 2015-ci illə müqayisədə hesabat ilində cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil edib. 

Xüsusi dəstə polisləri, arxiv şəkli - Sputnik Azərbaycan
Cinayət axtarışı qaydası dəyişdi - "iki hal şahidi" aradan qalxdı

Hüquqazidd əməllərdən zərərçəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə cəzanın labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3018 nəfər tutulub.

Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib.

Daxili işlər naziri qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Xəbər lenti
0