Təhlükəli it saxlayan vətəndaş 8 min manat məbləğində cərimələndi

© pixabay / CrazypitbullPitbul
Pitbul - Sputnik Azərbaycan
Abunə olmaq
Aidiyyəti qurumun əməkdaşları məlumat daxil olan ünvana baxış keçiriblər

BAKI, 26 yan — Sputnik. Türkiyədə Kayseri Meşə və Su İşləri İdarəsi tərəfindən, təhlükəli hesab edilən "pitbull" və "dogo" cinsindən olan 3 köpək bəsləyən bir vətəndaşa 15918 türk lirəsi (təxminən 8 min manat) məbləğində cərimə təyin olunub.

Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, təhlükəli itlərin saxlanması ilə əlaqədar idarəyə məlumat daxil olub və əməkdaşlar göstərilən ünvana baxış keçiriblər. Nəticədə, təhlükəli heyvan cinsi bəsləyən şəxsə, ümumilikdə 15918 TL inzibati pul cəzası kəsilib. Digər tərəfdən, satış icazəsi almadan, sosial şəbəkə üzərindən it satışı elanı verən başqa bir vətəndaşa 1833 TL məbləğində cərimə təyin edilib.

Xəbər lenti
0