CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2.5 milyon insanı cərimə gözləyir

© Sputnik / Murad OrujovBakı sakinləri, arxiv şəkli
Bakı sakinləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cərimələrin məbləği 50 manatdan başlayacaq və artan xətlə davam edəcək

BAKI, 26 yan — Sputnik. Azərbaycanda siqaretlə bağlı məhdudiyyətlərin tətbiqi barədə söylənilənlər artıq hüquqi müstəviyə çıxarılır. Belə ki, Milli Məclisə bununla bağlı qanun layihəsi təqdim edilib və artıq tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib.

© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Millət vəkili Musa Quliyev

Qanun layihəsində tütün məmulatlarından istifadənin bir çox yerlərdə qadağan olunmasına dair müddəalar öz əksini tapıb. Bu haqda Sputnik Azərbaycan-a millət vəkili Musa Quliyev məlumat verib.

Millət vəkilinin sözlərinə görə, dünyanın bir çox ölkələrində tütün məhsullarından qapalı məkanlarda istifadə qadağandır: "Bu, birinci növbədə insanın sağlamlığına ciddi zərər vurur və sosial baxımdan mənfi təsirləri var. Ən mənfi tərəfi yeniyetmələrin, uşaqların tərbiyəsinə zərər vurması, pis vərdişlərə yiyələnməsinə təsir göstərməsidir. Buna görə də, Əmək və sosial siyasət komitəsində belə qanun layihəsi hazırlanıb və ümid edirəm ki, yaz sessiyasında qəbul olunacaq".

© Sputnik / KarikaturaSiqaret
Siqaret - Sputnik Azərbaycan
Siqaret

O bildirib ki, qanun layihəsi bütün qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutur. Əlavə edib ki, layihə təkcə siqaretin qapalı yerdə çəkilməsini qadağan etməklə məhdudlaşmır.

"Televiziyalarda siqaretlə bağlı reklamların verilməsi, onun təbliğ edilməsi, filmlərdə, tamaşalarda siqaret çəkilməsinin nümayiş etdirilməsi, ictimai yerlərdə siqaretdən istifadənin qadağan edilməsi də gündəmdədir. Eyni zamanda, məktəblərdə maarifləndirici dərslər keçiriləcək, yeniyetmələrə siqaret satılması qadağan olunacaq. Bir sözlə kompleks tədbirlər həyata keçiriləcək" — deputat vurğulayıb.

M. Quliyevin sözlərinə görə, qanun qəbul ediləndən sonra İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik olunacaq: "Təxmin edirəm ki, cərimələr 50 manatdan başlayacaq və artan xətlə davam edəcək".

© Şəxsi Facebook səhifəsindənNeftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı - Sputnik Azərbaycan
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən qanun layihəsinə müsbət dəyərləndirib: "Əgər bu qanun hansısa azadlığı məhdudlaşdırsaydı, sağlamlığa xələl gətirən qanun olsaydı, o zaman narazılığımı ifadə edərdim. Amma bu qanun layihəsinə qarşı deyiləm".

"Düzdür, qanunu qəbul etməmişdən öncə bəzi məsələlər qanuna uyğunlaşdırılsa, o zaman hər şey əla olar. Məsələn, hava limanında siqaret çəkmək üçün xüsusi yerlər demək olar ki, yoxdur. Qadağa belə yerlər hazırlandıqdan sonra tətbiq edilməlidir" — o, əlavə edib.

Qəhrəmanlının fikrincə, sözügedən qanun sağlamlığın bərpasına xidmət edəcək: "Ona tam dəstək verirəm. Bu qanun siqaret çəkənlərin sayının azalmasına gətirib çıxara bilər. Ən çox da gənclərin və yeniyetmələrin belə vərdişlərdən uzaqlaşmasına səbəb olacaq. Yaxşı olardı ki, qanuna küçədə tüpürməyin qadağan edilməsi də əlavə edilsin".

Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir. Bu da, təxminən 2.5 milyon nəfərə yaxın insan deməkdir.

Xəbər lenti
0