Millət vəkili Karlovı Varıda evi olduğunu təsdiqlədi

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidÇexiyanın kurort şəhərciyi Karlovı Varı
Çexiyanın kurort şəhərciyi Karlovı Varı - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Karlovı Varıda evinin olması ilə bağlı iddialara münasibət bildirib

BAKI, 26 yan — Sputnik. Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması ilə bağlı iddialara münasibət bildirib.

© Photo : REPORTAzərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev - Sputnik Azərbaycan
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev

Adil Əliyev "Report"a açıqlamasında Karlovı Varıda evlərin Bakının Sulutəpə qəsəbəsindəki evlərdən ucuz olduğunu bildirib: "Həmin şəhərdə evim var. Burada qeyri-adi nə var ki?! Orada evlər kifayət qədər ucuzdur. Hər kəs oradan ev ala bilər".

Qeyd edək ki, Rusiya mediasında Çexiyanın kurort şəhərciyi Karlovı Varıda azərbaycanlı bəzi deputatlara və məmurlara məxsus evlərin olduğu barədə məlumatlar yayılıb.

Xəbər lenti
0