Ərdoğan Almaniyada qanunu dəyişdirir

© REUTERS / Umit BektasRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidentinin təhqir olunması yeni qanun layihəsini gündəmə gətirib

BAKI, 26 yan — Sputnik. Almaniyanın Nazirlər Kabineti xarici ölkə liderlərini təhqir etməyi qadağan edən qanunu dəyişdirərək, sıravi vətəndaşların təhqir edilməsi zamanı verilən cəza səviyyəsinə endirmək barədə qərar qəbul edib. Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, bu qərar, alman komediya ustası Jan Boehmermannın keçən il bir televiziya proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsindən sonra gündəmə gəlmişdi.

Ədliyyə naziri Heiko Maas xarici ölkə liderlərini təhqir etməyin cinayət məsuliyyəti daşıyacağını, lakin bunun sıravi insanı təhqir etməkdən fərqli olmayacağını söyləyib. Nazirlər Kabinetinin bununla bağlı hazırladığı qanun layihəsinin parlamentin aşağı palatasında təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan sözügedən qanuna söykənərək Boehmermann əleyhinə Almaniya Baş Prokurorluğuna müraciət etmişdi. Bununla bağlı Hamburg Məhkəməsinin fevralın 10-da qərar verəcəyi gözlənilir.

Xəbər lenti
0