BAKI, 26 yan — Sputnik. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin azərbaycanlı publisistləri rus dilinin inkişafındakı xidmətlərə görə Ədəbiyyat mükafatına layiq görüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu mükafat beş ildir ki, ardıcıl olaraq rus dilində yazan və fərqlənən publisistlərə verilir.
Doroxin öz çıxışında qeyd edib ki, bu mükafatların verilməsi onun səfir olduğu dövrdə atılan ən yaxşı addımlardan biridir.
“Şadam ki, Azərbaycanda Ədəbiyyat adına seçmək üçün nələrsə var” – səfir bildirib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev deyib ki, rus dili bu gün bizim dünyaya çıxmağımız üçün böyük əhəmiyyət daşıyır.
Bu il səfirin mükafatına şair, dramaturq Tofiq Ağayev və yazıçı-publisist Ləman Bağırova layiq görülüb.
Tofiq Ağayev ixtisasca filoloqdur və 30 kitabın müəllifidir. Onun novellalardan ibarət ilk kitabı 1967-ci ildə nəşr olunub. Onun yaradıcılığı əsasında cizgi filmləri çəkilib, pyesləri teatrın səhnəsində qoyulub. Eyni zamanda, Ağayevin hayku stilində (yapon poeziyasındakı janrlardan biridir. Hayku (və ya hokku) 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır, mindən artıq aforizmi var. 1983-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.
Ləman Bağırova isə 2012-ci ildən etibarən yazmağa və dərc olunmağa başlayıb. Onun hekayə və oçerkləri ədəbi jurnal və qəzetlərdə, həmçinin on-line portallarda dərc olunub. O, bir neçə dəfə İlin yazıçısı mükafatına layiq görülüb. Azərbaycan və Rusiya Yazıçılar İttifaqının üzvüdür.