Bakı sakinləri Rusiyanın Azərbaycandakı səfirliyinə gələrək RF Müdafiə Nazirliyinin tabeçiliyində olan Tu-154 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar kədərlərini ifadə edirlər. İnsanlar çiçəklər gətirməklə yanaşı şam yandırır və başsağlığı ifadə edən sözlərin yazıldığı kağızları qoyurlar.
Səfirliyə həmçinin deputat Mixail Zabelinin rəhbərliyi altında rus icmasının nümayəndələri də gəlib və çiçək gətiriblər. Rusiyada matəm elan olunduğu üçün Rusiya səfirliyi dövlət bayrağını aşağı endirib.
RF Müdafiə Nazirliyinin Suriyaya uçan Тu-154 təyyarəsi bazar günü səhər Qara dənizə düşüb.
Rəsmi məlumata görə, təyyarənin göyərtəsində 92 nəfər olub ki, onların da 8-i ekipaz üzvü, 84-ü isə sərnişin idi. Sərnişinlərin arasında 8 hərbçi, Aleksandrov adına ansamblın 64 artisti, Rusiya telekanallarının 10 əməkdaşı, iki federal xidmətçi və “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka olub.