BAKI, 26 yan — Sputnik. ABŞ prezidenti Donald Tramp Suriyada etibarlı bölgələrin yaradılmasında qərarlı olduğunu deyib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Tramp Suriyada 6 ildir davam edən vətəndaş müharibəsinin dəhşətli nəticələr doğurduğunu bildirib.
"Suriyada əhali üçün tamamilə etibarlı bölgələr yaradacağıq. Avropa ölkələri milyonlarla insanı qəbul etməklə böyük bir səhv etdi. İndi orada tam bir fəlakət yaşanır" — Tramp qeyd edib.