Avropa Məhkəməsi Azərbaycanla bağlı 50 qərar qəbul edib

© AZƏRTACAvropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən il Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan üzrə 333 ərizə təqdim olunub

BAKI, 26 yan — Sputnik. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ildə Azərbaycanla bağlı 50 qərar qəbul edib.

Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə AİHM-ın “2016-cı il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, keçən il ərzində AİHM-ə Azərbaycan üzrə 333 ərizə təqdim olunub. 136 ərizə qəbul olunmayıb, 50 ərizə üzrə isə qərar çıxarılıb.

Ötən il 164 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 2016-cı il 31 dekabr tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1662 ərizə daxil olub.

Xəbər lenti
0