Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölümü ilə Olimpiadanı kölgədə qoymuş fitri istedad

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidВо Владивостоке отметили 78-й день рождения Владимира Высоцкого
Во Владивостоке отметили 78-й день рождения Владимира Высоцкого - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Vısotski SSRİ-nin ən tanınmış mədəniyyət xadimidir desək, yəqin ki, yanılmarıq. Onun haqqında yeni nəsə demək çox çətindir

BAKI, 25 yan — Sputnik. Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Onun uşaqlığı müharibə illərinə təsadüf edib. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşayıb, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə gedib. Tikinti Mühəndisləri İnstitutuna daxil olub, lakin oranı tərk edərək, Moskva Bədii Akademik Teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olub.

1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləyib.

O, "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış edib. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənib. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazıb.

İlk kitabı olan "Döymə" ("Tatuirovka") 1961-ci ildə çap olunub.

V.Vısotski 1959-cu ildən kinoya çəkilib. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlayıb. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilib və SSRİ-də bir-iki mahnısı və şeirindən başqa, kitablarını çap etdirmək mümkün olmayıb. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış edib.

1980-ci ilin 18 iyulunda "Hamlet" tamaşasından bir həftə sonra ayın 27-də vəfat edib. Vısotskinin dəfni o zaman Moskvada keçirilən Yay Olimpiadasını kölgədə qoyub. 

1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb" ("Nerv") çap olunub.

1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilib.

Vısotskinin kütüm balığının hazırlanmasına aid azərbaycanlının dilindən hazırladığı "Kütüm" yumoristik hekayəsi hazırda internet məkanında geniş yayılıb:

Xəbər lenti
0