BAKI, 25 yan – Sputnik. Qırğızıstanda ictimai yerlərdə ətrafdakıları narahat etmək, söyüş söymək, spirtli içkilər içmək qadağan edilib.
Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Almazbek Atambayev fərman imzalayıb.
1 fevraldan etibarən qüvvəyə minəcək qanunu pozanlar 15-45 dollar arası cərimə ödəyəcək.