BAKI, 25 yan — Sputnik. Fransa və Lüksemburq qastroenteroloqları diş məcunu və saqqızların əksəriyyətində mövcud olan E171 (titan dioksid) rəngləyicisinin insanı öldürə biləcəyi qənaətinə gəliblər. Alimlərin fikrincə, titan dioksid kanserogendir, yəni xərçəngin inkişafına səbəb olur.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə gəlməzdən əvvəl, alimlər gəmiricilər üzərində eksperimentlər keçiribər. 100 gün ərzində gəmiricilərə içərisində E171 olan su veriblər. Təcrübə üçün istifadə edilən gəmiricilərdə qida sistemində xərçəng xəstəlikləri digər gəmiricilərə nisbətən 40% daha çox inkişaf edib.
E171 titan sənayesinin əsas məhsullarından biridir, qidada əsasən ağardıcı kimi istifadə olunyr. Onu şirniyyat, saqqız, peçenye, diş məcunu və gün əleyhinə kremlərin istehsalında istifadə edirlər. Fransa rəsmi dairələri alimlərin bu iddiasında yekun nəticəni əldə etmək üçün genişmiqyaslı tədqiqat aparmaq qərarına gəliblər.