CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Usubov daha bir rəisi təqaüdə göndərdi

© Photo : hospital.mia.gov.azTibb xidməti polkovniki, Respublikanın Əməkdar həkimi Ramiz Əkbərov
Tibb xidməti polkovniki, Respublikanın Əməkdar həkimi Ramiz Əkbərov - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb

BAKI, 25 YAN — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) daha bir yüksək vəzifəli əməkdaşı təqaüdə göndərilib.
Sputnik Azərbaycan
-ın APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir.
Qeyd edək ki, Ramil Usubov ötən gün nazirliyin daha iki yüksək rütbəli əməkdaşının təqaüdə göndərilməsi ilə bağlı əmr verib. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

Xəbər lenti
0