Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sankt-Peterburq teatrının nümayəndə heyəti Bakıdadır

© Photo : STRMübariz Həmidov və Olqa Luçitskaya
Mübariz Həmidov və Olqa Luçitskaya - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Sankt-Peterburqun məşhur eksperimental teatrı “Kovçeq”in direktoru Olqa Luçitskaya Bakıdadır

BAKI, 25 yan — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sankt-Peterburqun məşhur eksperimental teatrı “Kovçeq”in direktoru Olqa Luçitskayanı qəbul edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla görüşən O.Luçitskaya rəhbərlik etdiyi teatr, onun tarixi, səhnələşdirilən əsərlər və beynəlxalq teatr əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Mübariz Həmidov da öz növbəsində Dövlət Gənc Tamaşaçılar Teatrının tarixi, aktyorları, hazırlanan tamaşalar, teatrın əldə etdiyi mükafatlar, xarici ölkə teatrları arasındakı yaradıcılıq münasibətləri haqqında ətraflı məlumat verərək, Azərbaycan teatrının hazırda intibah dövrünün yaşamasını, ölkə rəhbərliyinin Azərbaycan teatr sənətinə yüksək diqqət və qayğı göstərməsini qonağın diqqətinə çatdırıb.

Ortaq işbirliyi haqqında fikir mübadiləsi aparan iki teatr rəhbəri gələcəkdə maraqlı bir layihənin həyata keçirməyin mümkün olduğunu qeyd ediblər. 

Sankt-Peterburq teatrının rəhbəri Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı ilə tanış olduğunu və bu ilin yaz-payız aylarında ADGTT-nın “Bir gecənin nağılı” tamaşasını Piter tamaşaçılarına təqdim edilməsi arzusunda olduğunu bildirib. 

Mübariz Həmidov təklifi dəyərləndirərək, qonaq teatrın bir tamaşasının Azərbaycan tamaşaçılarına göstərilməsinin mümkün olduğunu qeyd edib. 

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала