Milyarderin malikanəsini qarət etdilər

© AFP 2024 / JOEL SAGETMilyarder Eduard Rotşild
Milyarder Eduard Rotşild - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı Rotşildlər evdə olmayıblar. Oğurluqdan ilk olaraq qulluqçular xəbər tutub.

BAKI, 25 yan — Sputnik. Paris ətrafında naməlum şəxslər milyarder Eduard Rotşildin malikanəsinə daxil olaraq oğurluq ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Malikanəyə daxil olan oğrular ikinci mərtəbəyə qalxaraq nağd pul və bəzək əşyaları aparıblar. Rotşildə 400 min avroyadək ziyan dəyib. Hadisə zamanı Rotşildlər evdə olmayıblar. Oğurluqdan ilk olaraq qulluqçular xəbər tutublar.

Milyarder Eduard de Rotşild "Rotschild & Cie" bankının Müşahidə Şurasının sədridir, həmçinin "Liberation" qəzetinin sahibidir.

Xəbər lenti
0