CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun bu stansiyalarında turniketlərin sayı artırılıb

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişin sıxlığının yaranmaması üçün bəzi stansiyalarda əlavə turniketlər quraşdırıb.


Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda 3 metro stansiyasında — "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır. Xüsusən də, böyük tədbirlər keçiriləndə həmin stansiyalarda sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün turniketlərin sayı artırılıb. Məsələn, Olimpiya Stadionunda tədbirlər keçiriləndə "Koroğlu" stansiyasında, Tofiq Bəhramov adına Respublika Stadionunda futbol yarışları keçiriləndə "Gənclik" stansiyasında, Dənizkənarı Milli Parkda bayram tədbirləri və sair toplantılar keçiriləndə isə "Sahil" stansiyasında sərnişinlərin sayı artır. Buna görə də, həmin stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb".

N.Paşayev bildirib ki, əgər gələcəkdə digər stansiyalarda da sərnişinlərin sayı artarsa, həmin stansiyalarda da turniketlərin sayı artırıla bilər.

 

 

Xəbər lenti
0