BAKI, 25 yan — Sputnik. Bakıda keçmiş polis əməkdaşı intihar edib. Bu barədə Sputnik Azərbaycan-a paytaxtın Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Xəbərə görə, 1960-cı il təvəllüdlü Quliyev Ramiz Xudaverdi oğlu saat 21:10 radələrində özünü 7-ci mikrorayonda 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. İlkin məlumatda bildirilir ki, 1990-cı illərdə Ramiz Quliyev Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin rəis müavini işləyib.
Hazırda Binəqədi rayon prokurorluğu intiharın səbəbini araşdırır. Təkcə o məlumdur ki, R. Quliyev psixi pozğunluqdan əziyyət çəkirmiş və bununla əlaqədar istefaya gedib.
Son zamanlar onun xəstəliyinin daha da inkişaf etdiyi bildirilir. İntihara da bu amilin səbəb ola biləcəyi ehtimal olunur.